Eldəniz Səlimovun toxunulmazlığına xitam verilib

 Eldəniz Səlimovun toxunulmazlığına xitam verilib
03 Avqust-12:39

Milli Məclisinin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilib.

“Margin.az" xəbər verir ki, bu barədə parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında qərar qəbul edilib.

İclasda “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” məsələ müzakirə olunub.

Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib. 98 deputat qırarın lehinə səs verib.

Bununla da Milli Məclisin növbədənkənar sessiyası işini yekunlaşdırıb.

İclas Dövlət himninin səsləndirilməsi ilə başa çatıb.