Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb

Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb
28 Yanvar-17:42

Azərbaycanın Baş naziri Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya ilə görüşüb.

Bu barədə "Margin.az" Nazirlər Kabinetinə istinadən xəbər verir.

Görüşdə Azərbaycanda bütün istiqamətlərdə, o cümlədən gömrük sahəsində həyata keçirilən genişmiqyaslı islahatlar barədə söhbət açılıb.

Görüş zamanı Azərbaycan ilə Ümumdünya Gömrük Təşkilatı arasında həyata keçirilən uğurlu əməkdaşlıq yüksək qiymətləndirildi, əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.