Əmlak Məsələləri Dövlət Xidmətinin büdcəyə ödəmələri 87%-dək artıb

Əmlak Məsələləri Dövlət Xidmətinin büdcəyə ödəmələri 87%-dək artıb
18 Mart-10:50

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) bu ilin yanvar-fevral aylarında dövlət büdcəsinə ötən ilin eyni dövrü ilə müqayisədə 86,5% çox - 20,7 milyon manat vəsait köçürüb.

"Margin.az" quruma istinadən xəbər verir ki, 2 aylıq ödənişin 14,8 milyon manatı özəlləşdirmə (2,25 dəfə çox), 6,1 milyon manatı isə icarə (35,55% çox) hesabına təmin edilib.

Məlumata görə, hesabat dövründə Dövlət Xidməti 5 özəlləşdirmə hərracı keçirib. Həmin hərraclarda 2 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi, 83 nəqliyyat vasitəsi özəlləşdirilib.