Ən çox borcu olan ölkələr – SİYAHI

Ən çox borcu olan ölkələr – SİYAHI
25 May-13:20

ABŞ-ın ötən il dövlət borcu rekord həddə - 31,42 trilyon dollara çatıb. Bununla da ABŞ dünyada ən çox borcu olan ölkə olub.

"Margin.az" "Lenta.ru"ya istinadən xəbər verir ki, ABŞ-ın dövlət borcu həcminə görə növbəti 13 ən böyük borclu ölkənin ümumi borcuna bərabər olub. Bundan əlavə, ABŞ-ın dövlət borcu Rusiyanın borcunu 107 dəfə üstələyib.

Dünyada ən çox borcu olan ikinci ölkə 9,59 trilyon dollarla Yaponiya, üçüncü isə 3,75 trilyon dollarla Çindir. Bu dövrdə Böyük Britaniyanın dövlət borcu 3,03 trilyon dollara, İtaliyanın 2,88 trilyon dollara, Rusiyanın isə 294,8 milyard dollara yüksəlib.