Ən sərfəli kombi qiymətləri hansı mağazalardadır?

Ən sərfəli kombi qiymətləri hansı mağazalardadır?
20 Noyabr-15:18

Havaların soyuq keçməsi və qış mövsümünün yaxınlaşması ilə əlaqədar ölkədəki elektronika mağazalarında istilik cihazlarına tələbat artıb. Bu səbələ kombilər ən çox istifadə olunan cihazlar arasındadır. Keyfiyyətli kombi seçərkən evin sahəsini, cihazın gücünü, qızdırıcı cihazlarının sayı və növünü nəzərə almaq vacibdir. Eyni zamanda məhsulun markası da seçim zamanı diqqət yetirilən amillərdəndir. Bütün bunlar birbaşa qiymətlərə də təsir edir. Bəs ən ucuz və sərfəli kombiləri hansı mağazalardan əldə etmək olar?

"Margin.az"ın ölkədəki məşhur elektronika mağazalarındakı araşdırmasına görə, ən ucuz kombilərin qiyməti 299 manatdan başlayır. Maksimal qiymət isə 12 min manata qədərdir. 

Mağazalardan kombiləri kreditlə və ya nağd almaq mümkündür. Demək olar ki, bütün mağazalarda nağd alışda endirimlər mövcuddur. Bəzi mağazalarda isə əgər eyni məhsuldan daha ucuz təklif edən bir mağaza varsa, həmin məsulda "Ucuz tapsan, endirimlə al" təklifi keçərli olur.

Kombilər əsasən "Demir Döküm", "Bosch", "Beko", "Protherm", "Immergas" markalarına məxsusdur. Qiymət aralığı isə aşağıdakı kimidir: 

Kontakt Home 949 AZN - 9999 AZN

İrşad Electronics 809 AZN - 11469 AZN

Baku Electronics 949 AZN -1999 AZN

Soliton 1179 AZN - 2499 AZN

Wentto 899 AZN - 2799 AZN

World Telecom 1169 AZN - 2789 AZN

Music Galery 999 AZN - 1799 AZN

Texnomart 849 AZN - 2899 AZN 

Maxi.az 747 AZN - 3027 AZN 

Optimal Elektronika 379 AZN - 2699 AZN

Smart Electronics 299 AZN - 2599 AZN