“Engie” Rusiya qazının pulunu avro ilə ödəyəcək

“Engie” Rusiya qazının pulunu avro ilə ödəyəcək
17 May-15:15

Fransanın enerji şirkəti “Engie” Rusiya qazının pulunu avro ilə ödəyəcək.

“Margin.az” xəbər verir ki, bu barədə konsernin rəhbəri Ketrin Makqreqor açıqlayıb. 

“Müqavilələri xarici valyutada ödəməyə imkan verən qərar qəbul etdik. Bu, Avropa İttifaqının (Aİ) sanksiyalarına uyğundur”, - o qeyd edib.