Ərdoğan: "ABŞ ilə ticarət həcmimizi 100 mlrd. dollara çatdıracayıq"

Ərdoğan:
22 Sentyabr-13:00

"ABŞ ilə ticarət həcmimizi qısa zamanda 100 milyard dollara çatdıracayıq".

"Margin.az" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Dünya iqtisadiyyatı 2020-ci ildən bəri ciddi çətinliklərlə üzləşib. Əvvəlcə COVID-19 pandemiyası böhranı, daha sonra Rusiya-Ukrayna müharibəsi bütün sahələrdə, xüsusilə enerji və qida sahələrində tədarük zəncirlərində böyük çətinliklər yaradıb.

Türkiyə iqtisadiyyatı böyümə, ixracat və məşğulluq sahələrində göstərdiyi güclü performansla bütün bu çətinliklərin öhdəsindən gəlməkdə uğurlu perspektiv nümayiş etdirdi. Türkiyə iqtisadiyyatı ötən il 11% ilə son 10 ilin ən sürətli böyüməsinə nail olub. Bu, "G-20" ölkələri arasında qeydə alınan ən yüksək iqtisadi artımdır. Türkiyə iqtisadiyyatı bu ilin birinci rübündə 7,5%, ikinci rübündə isə 7,6% böyüyüb.

İqtisadiyyat və ticarət Türkiyə-ABŞ əlaqələrinin əsas elementlərindən birini təşkil edir. Xüsusilə, son dövrlərdə əlaqələrimizin iqtisadi və ticari ölçülərində böyük irəliləyişlər əldə etdik. Belə ki, ABŞ-ın Türkiyəyə birbaşa investisiyalarının həcmi 14,1 milyard dollara çatıb. Türk şirkətlərinin ABŞ-dakı sərmayələri isə 8,6 milyard dollar səviyyəsindədir", - Ərdoğan bildirib.