Ərdoğan: “Dünyanın 10 ən böyük iqtisadiyyatından biri olmaq hədəfimizə mütləq çatacağıq”

Ərdoğan: “Dünyanın 10 ən böyük iqtisadiyyatından biri olmaq hədəfimizə mütləq çatacağıq”
23 Oktyabr-16:03

"Dünyanın ən böyük 10 iqtisadiyyatından biri olmaq hədəfimizə mütləq çatacağıq. Bu məqsədlə tempimizi azaltmadan çalışmalarımıza davam edirik"

"Margin.az" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya Əskişəhər Genişləndirilmiş İl Məşvərət Yığıncağında çıxışı zamanı deyib.

“19 ildə bütün çətinliklərin öhdəsindən gəldiyimiz kimi, inşallah 2023-cü ildə Cümhuriyyətimizin 100-cü ildönümünü qeyd edəcəyimiz statusa sağ-salamat çatdıracağıq”- deyə Ərdoğan bildirib.