Ərdoğan: “Fransa bizə insanlıq dərsi verə bilməz”

Ərdoğan: “Fransa bizə insanlıq dərsi verə bilməz”
23 Oktyabr-16:48

"Dar üfüqdə olanlar təəssüf ki, çoxölçülü xarici siyasətimizi anlaya bilmirlər. Ömür boyu ixracın, investisiyanın, istehsal və keyfiyyətin nə olduğunu bilməyən səriştəsiz insanlar Türkiyənin Afrikada nə edir? deyirlər".

"Margin.az" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya Əskişəhər Genişləndirilmiş İl Məşvərət Yığıncağında çıxışı zamanı deyib.

"Təbii ki, Afrikada öz qanlı keçmişləri ilə üz-üzə gəlmək əvəzinə Türkiyə əleyhinə danışanlarla iş görmürük. Əlcəzair və Nigeriyada 1 milyon insan, Ruandada 900 min insan öldürüldü. Onları öldürən kimdir? Qərb, Fransadı bunu edənlər. Onlar bizə insanlıq dərsi verə bilməzlər. Onlar ilk növbədə insanlığı öyrənməlidirlər. Haradan? Türkiyədən öyrənməlidirlər. Qlobal baxışımızın ən mühüm hissələrindən biri olan Afrika qitəsi ilə müstəmləkəçiləri və onların beşinci kolonunu narahat etmək bahasına qarşıdakı dövrdə əməkdaşlığımızı gücləndirməyə davam edəcəyik"- deyə Ərdoğan bildirib.