Ərdoğan Ukraynada səfərdədir

Ərdoğan Ukraynada səfərdədir
18 Avqust-14:58

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada səfərdədir.

"Margin.az" "Habertürk"ə istinadən xəbər verir ki, o, günorta saatlarında Lvov şəhərinə çatıb.

Ərdoğan Lvov şəhərində BMT Baş katibi Antonio Quterreş və ukraynalı həmkarı Volodimir Zelenski ilə ikitərəfli və üçtərəfli görüşlər keçirəcək.

Liderlərin Ukraynadakı durumu, o cümlədən taxıl ixracı prosesini müzakirə edəcəkləri gözlənilir.