Ərdoğan və Zelenski arasında görüş olub - YENİLƏNİB

Ərdoğan və Zelenski arasında görüş olub - YENİLƏNİB
18 Avqust-20:10

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Lvovda keçirilən görüşün təfərrüatını açıqlayıb.

“Margin.az” Ukrayna liderinin rəsmi teleqram kanalına istinadən xəbər verir ki, müzakirələrdə Zaporojye Atom Elektrik Stansiyası (ZAES) ətrafındakı vəziyyət və ikitərəfli hərbi əməkdaşlıq müzakirə olunub.

Onun sözlərinə görə Türkiyə Prezidentinin Ukraynaya səfəri bir qüdrətli ölkənin dəstəyinin bariz göstəricisidir.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Volodimir Zelenski arasında Lvovdakı Potoçki sarayında görüş başlayıb.

"Margin.az" "TRT Haber"ə istinadən xəbər verir ki, ikitərəfli görüşdən sonra BMT Baş katibi Antonio Quterreşin iştirakı ilə üçtərəfli görüş başlayacaq.

Daha sonra liderlərin birgə mətbuat konfransı keçirəcəkləri gözlənilir.

Ərdoğanı xarici işlər naziri Mövlud Çavuşoğlu, enerji və təbii ehtiyatlar naziri Fatih Dönmez, milli müdafiə naziri Hulusi Akar, Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidan və digər rəsmi şəxslər müşayiət edirlər.