Ermənistan və Fransa xarici işlər nazirləri Qarabağı müzakirə ediblər

Ermənistan və Fransa xarici işlər nazirləri Qarabağı müzakirə ediblər
17 Sentyabr-17:40

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Fransanın xarici işlər naziri Jan-İv Le Drianla arasında telefon danışığı olub.

“Margin.az” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, iki tərəf Ermənistanla Azərbaycan sərhədindəki son vəziyyəti müzakirə edib. Bundan əlavə, ATƏT-in Minsk Qrupu çərçivəsində sülh prosesinin bərpasının zəruriliyi vurğulanıb.