Ermənistanda yeni nazirlər təyin olunub

Ermənistanda yeni nazirlər təyin olunub
03 Avqust-13:36

Ermənistan prezidenti 6 nazir və baş nazir müavininin təyin edilməsi haqqında fərmanlar imzalayıb.

"Margin.az"ın "Sputnik Armenia"ya istinadən verdiyi məlumata görə, Mher Qriqoryan baş nazirin müavini postunu qoruyub saxlayıb.

Bundan əlavə, Vahan Kerobyan iqtisadiyyat naziri olaraq qalıb. Təhsil, Mədəniyyət, Elm və İdman Nazirliyinin rəhbəri Vahram Dumanyan, fövqəladə hallar naziri Andranik Piloyan və Səhiyyə Nazirliyinin rəhbəri Anahit Avanesyan da vəzifələrində qalıblar.

Keçmiş Ombudsman Karen Andreasyan (2011-2016) Ədliyyə Nazirliyinin rəhbəri vəzifəsinə təyin edilib.

Keçmiş iqtisadiyyat naziri Tiqran Xaçatryan isə maliyyə naziri təyin edilib.

Əlavə edək ki, avqustun 2 -də Ermənistan Prezidenti Nikol Paşinyanın ölkənin Baş naziri təyin edilməsi haqqında fərman imzalayıb.