Ev təsərrüfatlarının kredit borcu artır - 10,9 milyard manat

Ev təsərrüfatlarının kredit borcu artır - 10,9 milyard manat
03 Dekabr-16:15

Azərbaycanda cari ilin oktyabr ayında ev təsərrüfatlarının cəmi kredit borcu (ev təsərrüfatlarına cəmi kredit qoyuluşları) 10 milyard 949 milyon manata çatıb.

"Margin.az" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu ilin 10 ayında ev təsərrüfatlarının cəmi kredit borcu ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 828 milyon manat və ya 34,8% artıb.