ABŞ-ın ən böyük neft istehsalçısı "Exxon Mobil Corp"un gəliri artan enerji qiymətləri fonunda 17,9 milyard dollar və ya hər səhmə görə 4,21 dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfə çoxdur.
"Margin.az" xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
Məlumata görə, benzin və dizel kimi yanacaqların istehsalı üzrə marjalar dünya üzrə artıb.