ABŞ-ın enerji şirkəti “ExxonMobil” Ukraynada baş verən hadisələr fonunda Rusiyadakı “Saxalin-1” təbii qaz və neft hasilatı sahəsində fəaliyyətini dayandırıb. Şirkət “Saxalin-1” layihəsindən çıxışla əlaqədar təxminən 4 milyard dollar dəyərində aktivlərini itirəcəyini proqnozlaşdırır.
“Margin.az” xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Məlumata görə, “ExxonMobil”in “Saxalin-1” layihəsindən çıxması şirkətə 4 milyard dollar ziyan vuracaq.
Əlavə edək ki, şirkət Rusiyada yeni layihələrə investisiya qoymayacaq.