“Facebook” 1,9 milyon dollar cərimələnib

“Facebook” 1,9 milyon dollar cərimələnib
07 Dekabr-10:25

Braziliya keyfiyyətsiz xidmətə görə “Instagram”, “Facebook” , eləcə də “Whatsapp” sosial şəbəkələrinin sahibi “Meta” şirkətini 1,9 milyon dollar cərimələyib.

"Margin.az" xəbər verir ki, bu barədə San-Paulu İstehlakçıların Hüquqlarının Müdafiəsi Departamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 4-də sosial şəbəbəkələr təxminən altı saat ərzində işləməyib. Bu, 91 mindən çox “Facebook” istifadəçisinə, 90 mindən çox “Instagram” istifadəçisinə və Braziliyada 156 mindən çox “Whatsapp” istifadəçisinə təsir edib.