FAO: “Hələ ki taxıl qıtlığı gözlənilmir”

FAO: “Hələ ki taxıl qıtlığı gözlənilmir”
05 Mart-13:20

"Qlobal taxıl istehsalının artacağı proqnozlaşdırılır ki, bu da qıtlığın qarşısını alacaq".

"Margin.az" xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Taxıl Təchizatı və Tələb Hesabatının son buraxılışında qeyd olunub

"Proqnozlara görə, dünyada taxıl istehsalı 790 milyon tona qədər arta bilər. Şimali Amerika ilə Asiyada gözlənilən yüksək məhsuldarlıq Avropa İttifaqında və Şimali Afrikadakı azalmanı kompensasiya edəcək. Bundan əlavə, 2021-2022-ci illər mövsümündə dünyada taxıl istehlakının 2 milyon 802 milyon tona çatacağı gözlənilir ki, bu da ötən mövsümlə müqayisədə 1,5% çoxdur" - bəyanatda deyilir.