"Rusiya təbii qazının Avropaya tədarükü üçün Türkiyədə qovşağın yaradılması layihəsi onu enerji resurslarının paylanması və satış mərkəzinə çevirəcək. Türkiyə Azərbaycanın bu layihədə iştirak edəcəyinə ümid edir".
"Margin.az" xəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Fatih Dönməz "TV 24" telekanalına müsahibəsində bildirib.
-
Azərbaycan Türkiyədə qaz qovşağının yaradılmasını nəzərdən keçirəcək
-
Ərdoğan: "Türkiyədə beynəlxalq qaz qovşağı yaradılacaq"
Onun sözlərinə görə, gələn ilin fevral ayında İstanbulda istehlakçıların və Avropaya qaz tədarükçülərinin dəvət olunacağı beynəlxalq konfrans keçiriləcək.