Fərdi sahibkarların banklardakı depozitləri 40% artıb

Fərdi sahibkarların banklardakı depozitləri 40% artıb
03 Dekabr-10:58

Azərbaycanda sahibkarlıqla məşğul olan fiziki şəxslərin cəmi depozitləri noyabrın 1-nə 243.4 milyon manat təşkil edib.

"Margin.az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 69.8 milyon manat və ya 40.2% çoxdur.

Hesabat dövründə fərdi sahibkarların xarici valyutada olan depozitləri isə 31.8 milyon manat ekvivalentində təşkil edib.