Fəxrəddin Altun: “Dezinformasiyaya qarşı mübarizədə birgə informasiya strategiyalarını təşviq etmək vacibdir”

Fəxrəddin Altun: “Dezinformasiyaya qarşı mübarizədə birgə informasiya strategiyalarını təşviq etmək vacibdir”
23 Oktyabr-17:28

"Yanlış məlumatlar ilə mübarizədə Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın daha da gücləndirilməsi çox vacibdir. Təcrübəni bölüşmək, qarşılıqlı imkanları qiymətləndirmək və inkişaf etdirmək, birgə addımlar atmaq lazımdır. Hər iki ölkə bununla razıdır".

“Margin.az” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Fəxrəddin Altun Türkiyə-Azərbaycan Birgə Media Platformasının ilk iclasında deyib.

O, Türkiyə-Azərbaycan Ortaq Media Platformasının regionda və dünyada baş verən proseslərə ictimai obyektiv baxışın formalaşmasına, dezinformasiyanın, xüsusilə də sosial şəbəkələrdəki mənfi təsirlərin qarşısının alınmasına kömək edəcəyinə əminliyini ifadə edib

Türkiyə Prezident Administrasiyasının nümayəndəsi media platforması çərçivəsində Türkiyə və Azərbaycanın informasiya sahəsində birgə addımlarının və layihələrinin effektivliyini artıracaq 6 komitənin yaradıldığını bildirib.