"Finca Azərbaycan" 12,5%-lə borc alacaq

21 Sentyabr-19:30

"Finca Azərbaycan" Qeyri-Bank Kredit Təşkilatı MMC 3 milyon manatlıq istiqraz buraxır.

"Margin.az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, buraxılış hər birinin nominal dəyəri 100 manat olan 30 min ədəd faizli, sənədsiz, təminatsız, adlı istiqrazdan ibarətdir.

Məlumata görə, istiqrazlar üzrə faiz dərəcəsi illik 12,5%-dir. Faiz ödənişi isə 3 aydan bir həyata keçiriləcəkdir.