Fitch: "Ukrayna iqtisadiyyatı 4,1% böyüyəcək"

Ukraynanın ümumi daxili məhsulunun (ÜDM) artma sürəti gələn il 3,9%-ə qədər yavaşlayacaq.
Fitch:
07 Avqust-15:37

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi bu il Ukraynanın ümumi daxili məhsulunun (ÜDM) 4,1% artacağını proqnozlaşdırır.

"Margin.az" Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə agentliyin hesabatında qeyd olunub.

Məlumata görə, proqnozun artmasına səbəb kənd təsərrüfatının canlanması və əmək haqqlarının artırılması olub.  Agentlik ölkə iqtisadiyyatının böyümə tempinin gələn il 3,9%-ə, 2023-cü ildə isə 3,5%-ə qədər yavaşlayacağını proqnozlaşdırır.