"Şimal axını" boru kəməri ilə qaz nəqlinin tam dayandırılması Avrozonada tənəzzül ehtimalını daha da artırıb.
"Margin.az" xəbər verir ki, bu barədə beynəlxalq reytinqi agentliyi "Fitch Ratings" bəyan edib.
- "Fitch": "Şimal axını" ilə qaz nəqlinin dayandırılması Avrozonada tənəzzül ehtimalını artırır
-
Azərbaycan Prezidenti: "Biz Avropaya 20 milyard kubmetrdən artıq da qaz ixrac edə bilərik"
Bununla belə, alternativ qaz tədarükünün artırılması, xüsusilə də rekord mayeləşdirilmiş təbii qaz (LNG) idxalı və 2021-ci illə müqayisədə 2023-cü ildə qaz istifadəsinin 15% azaldılması ilə dəstəklənən Aİ planı kəskin qıtlığın qarşısını almağa kömək etməlidir.
Qurumun proqnozlarına görə, Aİ ölkələrində illik təbii qaz tələbi bu il 357, gələn il isə 339 milyard kubmetrtəşkil edəcək..
Eyni zamanda, Aİ ölkələrinin Azərbaycan qazına tələbi 2022-2023-cü illər ərzində 12 milyard kubmetr təşkil edəcək. Bununla da, Azərbaycan qazı ixrac həcminə görə, bu siyahıda dördüncü yerdə qərarlaşıb.