"Fitch" beynəlxalq reytinq agentliyi bu il üçün Avropada qazın orta qiyməti ilə bağlı proqnozu iki dəfə azaldıb.
"Margin.az" xəbər verir ki, bu barədə qurum məlumat açıqlayıb.
"Fitch" qazın orta qiyməti ilə bağlı proqnozunu 1000 kubmetr üçün 1412 dollardan 706 dollara endirib. Agentlik proqnozunu Avropa anbarlarında qaz səviyyəsinin gözləniləndən yüksək olması səbəbilə azaldıb.