Avropada təbii qaz qiymətlərinin yalnız mayeləşdirilmiş təbii qaz (LNG) və bir-birinə bağlı infrastrukturun yaradılması ilə 2025-ci ilə qədər davamlı şəkildə normallaşacağı proqnozlaşdırılır.
"Margin.az" xəbər verir ki, bu barədə beynəlxalq reytinq agentliyi "Fitch Ratings"in "Avropanın ən çətin qaz böhranı sona çatdı" adlı hesabatında qeyd olunub.
- "Fitch" Aİ ölkələrinin Azərbaycan qazına tələbi ilə bağlı proqnozunu açıqlayıb
-
Dövlət başçısı: "Biz 2027-ci ilədək Avropaya qaz ixracımızı iki dəfə artırmağı planlaşdırmışıq"
Məlumata görə, Avropanın uzunmüddətli qaz təchizatı üçün əsas meyar kimi mayeləşdirilmiş təbii qaz (LNG) və bir-birinə bağlı infrastrukturun təmin edilməsi önə çıxır. Hesabata əsasən, ötən il Avropa İttifaqının (Aİ) qaza olan tələbatı 10% azalıb. Bu il tələbatın azalmağa davam edəcəyi və 15%-ə çatacağı gözlənilir.