Avrozona və Böyük Britaniya bu ilin dördüncü rübündə tənəzzüllə üzləşəcəklər.
"Margin.az" xəbər verir ki, bu barədə kredit reytinq agentliyi "Fitch" məlumat yayıb.
- "Fitch" Aİ ölkələrinin Azərbaycan qazına tələbi ilə bağlı proqnozunu açıqlayıb
-
"Fitch": "Şimal axını" ilə qaz nəqlinin dayandırılması Avrozonada tənəzzül ehtimalını artırır
Qurum şirkətlər üçün iş şəraitinin pisləşməsinin gələn il və ondan sonrakı illərdə defolt dərəcələrini artıracağı ilə bağlı xəbərdarlıq edib. Məlumata görə, Avropada qaz böhranının kəskin sürətlənməsi, yüksək inflyasiya və qlobal pul siyasətinin sərtləşdirilməsinin dərin bir tənəzzülə səbəb olacağı gözlənilir.
"Fitch", həmçinin ABŞ-ın gələn ilin ortalarında mülayim resessiyaya girəcəyini proqnozlaşdırıb.