"Fitch": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini endirməyəcək

12 Yanvar-17:47

"Fitch Solutions" beynəlxalq reytinq agentliyi bu il Azərbaycan Mərkəzi Bankının yenidən maliyyələşdirmə dərəcəsini 8,25% səviyyəsində saxlayacağını və pul siyasətində yumşaldılmaya getməyəcəyini proqnozlaşdırıb.

"Margin.az" quruma istinadən xəbər verir ki, bu il ölkədə illik inflyasiya 13%-dən 9,5%-ə enəcək.

Buna baxmayaraq, artan qiymət təzyiqlərinin yüksək olaraq qalması Mərkəzi Banka pul siyasətini yumşaltmağa imkan verməyəcək.