“Fitch”: Azərbaycanın neft-qaz sektoru iki ilə bərpa olunacaq

“Fitch”: Azərbaycanın neft-qaz sektoru iki ilə bərpa olunacaq
11 Oktyabr-14:45

Azərbaycan neft-qaz sektoru 2023-cü ilə qədər mərhələli şəkildə bərpa olunacaq.

"Margin.az" xəbər verir ki, bu barədə "Fitch Solutions"un Azərbaycan iqtisadiyyatı üzrə icmalında qeyd olunub.

Bu, qurumun bu il neftin bir barelinin qiymətinin 70 ABŞ dolları, 2022-ci ildə isə 67 dollar olacağı ilə bağlı proqnozuna uyğun olub.

Azərbaycan COVID-19 pandemiyası zamanı neft qiymətlərinin aşağı olmasından ziyan görsə də, lakin "OPEC+" qiymətləri yenidən yüksəldərək sektor üzrə daxil olan gəlirləri qismən bərpa edib.