"Çində gözləniləndən daha güclü bərpa qlobal iqtisadi artıma fayda verəcək".
"Margin.az" xəbər verir ki, bu barədə beynəlxalq reytinq agentliyi "Fitch Ratings" məlumat açıqlayıb.
"Fitch" COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra Çin iqtisadiyyatı üçün bu il üzrə iqtisadi artım proqnozunu 4,1%-dən 5%-ə yüksəldib.