"Fitch" beynəlxalq reytinq agentliyi dünyada çip böhranın 2022-ci ilə qədər davam edəcəyini proqnozlaşdırır.
"Margin.az" xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
Agentlik bildirib ki, çip çatışmazlığı avtomobil istehsalçıları da daxil olmaqla şirkətlərin istehsalının azalmasına səbəb olub. "Fitch" çip istehsalını artırmaq üçün əlavə sərmayə və bəzi təchizat zənciri problemlərinin həll edilməsi lazım olduğunu açıqlayıb.