"Fitch": İnflyasiya təzyiqləri Mərkəzi Bankları faiz dərəcələrini daha sürətli artırmağa sövq edir

17 Dekabr-17:47

Davamlı inflyasiya təzyiqləri Mərkəzi Bankları faiz dərəcələrini proqnozlaşdırılandan daha sürətli artırmağa sövq edir.

"Margin.az" xəbər verir ki, bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyi məlumat yayıb.

Məlumata görə, son aylarda Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Avstraliya və Yaponiyada illik inflyasiyası daha da artıb. Eyni zamanda, ABŞ, İspaniya və Kanadada inflyasiya rekord səviyyəyə çatıb.