"Fitch" Kanadanın reytinqini təsdiqləyib

19 İyun-15:22

"Fitch" beynəlxalq reytinq agentliyi Kanada iqtisadiyyatının bu il 6,6% böyüyəcəyini proqnozlaşdırır.

"Margin.az" xəbər verir ki, bu barədə agentlik açıqlayıb.

"Fitch" Kanada iqtisadiyyatının bu il 6,6%, 2022-ci ildə isə 3,5% artacağını gözləyir. Şimali Amerika ölkəsinin reytinqi isə  'AA +' səviyyəsində təsdiqlənib. Bildirilib ki, ölkə iqtisadiyyatı yüksək gəlirli, inkişaf etmiş və çox şaxəlidir.

Agentliyin məlumatına görə, reytinqlərin yüksəlməsinə səbəb ölkənin davamlı iqtisadi böyüməsi, aşağı inflyasiya, güclü idarəetmə və siyasi sabitlikdir.