"Kriptovalyutalara qoyulan qadağa maliyyə sektorunda innovasiyaların inkişafını ləngidə bilər".
"Margin.az" xəbər verir ki, bu barədə beynəlxalq reytinq agentliyi "Fitch Ratings"in icmalında deyilir.
- Rusiya Mərkəzi Bankı: “Kriptovalyuta ticarəti və mədənçiliyi qadağan edilməlidir”
-
Kriptovalyuta bazarının dəyəri 130 milyard dollar azalıb
Məlumata görə, kriptovalyutalar qeyri-qanuni fəaliyyətlə bağlı reputasiya və hüquqi risklər yarada bilər. Rusiya Mərkəzi Bankının ölkədə kriptovalyutadan istifadə ilə bağlı təklif etdiyi yeni məhdudiyyətlər maliyyə sisteminin risklərə məruz qalmasını azaldacaq. Bununla belə, bu qadağa Rusiya banklarının texnologiya ilə qarşılıqlı əlaqəsini də ləngidə bilər.
Bundan əvvəl, Rusiya Mərkəzi Bankı kriptovalyutaların dövriyyəsi, mübadiləsi və ticarəti, eləcə də bu aktivlərə investisiya edən banklara qadağa qoyulmasını təklif edib.