“Fitch”: Lirənin ucuzlaşması bankların yenidən maliyyələşdirmə riskini artırır

“Fitch”: Lirənin ucuzlaşması bankların yenidən maliyyələşdirmə riskini artırır
25 Noyabr-10:35

"Türk lirəsindəki son dəyişkənlik kredit reytinq agentliklərinin də diqqət mərkəzindədir. "Fitch" beynəlxalq reytinq agentliyi Dollar/TL məzənnəsindəki son hadisələri yaxından izləyir və lirənin ucuzlaşması bankların kredit profilləri ilə bağlı riskləri artırır".

"Margin.az" xəbər verir ki, bu barədə "Bloomberg"ə "Fitch"in səlahiyyətli nümayəndəsi Lindsey Liddell açıqlama verib.

Onun sözlərinə görə, türk lirəsinin ucuzlaşması türk banklarının kredit profilləri ilə bağlı riskləri artırır: "Bank sektorunun kreditlərinin 36%-in xarici valyutada olduğunu nəzərə alsaq, lirənin dəyər itirməsi aktiv keyfiyyət risklərini artırır. Türk lirəsinin ucuzlaşması yüksək valyuta borcuna görə, banklar üçün yenidən maliyyələşdirmə riskini də artırır. Eyni zamanda, xarici valyutada depozit çıxışları nəzərə alındıqda, lirənin ucuzlaşması likvidlik risklər də yarada bilər. Məzənnədəki dəyişkənliyi nəzərə alaraq, bunun makroiqtisadi və maliyyə sabitliyinə təsirlərini, həmçinin müvafiq qurumların reaksiyalarını yaxından izləyirik. Valyuta ehtiyatlarının əriməsi və ya faiz dərəcəsinin gözləniləndən daha erkən endirilməsi, investor inamının azalması, bank və özəl sektora təzyiqi artırır. Çətin əməliyyat mühiti səbəbilə türk banklarının əksəriyyətinin kredit reytinqləri təzyiq altındadır".