Fitch: "Neftin qiyməti 80 dollara çatsa belə, uzun müddət o səviyyədə qalmayacaq"

Fitch:
17 İyun-10:20

Mütəxəssislərin fikrincə neftin qiyməti 80 dollara çata bilər.

"Margin.az" TASS-a istinadən xəbər verir ki, "Brent" markalı neftin qiyməti bu ilin iyun ayının əvvəlindən bəri təxminən 6% artıb. "OPEC +" müqaviləsi çərçivəsində davam edən məhdudiyyətlər səbəbilə 2019-cu ilin aprelindən bu yana ilk dəfə "Brent" neftinin bir barelinin qiyməti 74 dollardan yuxarı olub.

Məlumata görə, "OPEC +" ölkələrinin hasilatı tədricən bərpa edəcəyi və İran neftinin bazara qayıdacağı gözləntiləri fonunda neftin uzun müddət bu səviyyədə möhkəmlənə biləcəyi ehtimalı isə azdır. Qlobal maliyyə bazarı məlumatları təminatçısı olan "Refinitiv"in aparıcı analitiki İhsan Haqq bildirib ki, yaxın vaxtlarda neftin bir barelinin qiyməti 80 dollara yüksələ bilər. Lakin qiymətlər 80 dollardan yuxarı qalxarsa, neft şirkətləri hasilatı artıra bilər. Onun sözlərinə görə, iyulun 1-də keçiriləcək "OPEC +" nazirlər görüşünün nəticələri həm ehtiyatların səviyyəsindən, həm də neftin qiymətlərindən asılıdır.

"Fitch" beynəlxalq reytinq agentliyinin təbii ehtiyatlar və əmtəələr qrupunun baş direktoru Dmitri Marinçenko açıqlayıb ki, neftin qiyməti 80 dollara çatsa belə, uzun müddət o səviyyədə qalmayacaq və daha da yüksəlməyəcək. Bundan əlavə, neftə olan tələb artdıqca "OPEC +" ölkələri bu ilin ikinci yarısında tədricən hasilatı artıraraq bazarı tarazlaşdırmağa çalışacaq