"Fitch": "OPEC+"un qərarı bazarda qıtlığa səbəb ola bilər

05 Aprel-11:18

"OPEC+" ölkələrinin neft hasilatını könüllü şəkildə azaltmaq qərarı qısa müddətdə qiymətləri dəstəkləməlidir. Lakin Çində tələbin bərpası fonunda neft bazarında qıtlıq yarana bilər.

"Margin.az" xəbər verir ki, bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin məlumatında deyilir.

Məlumata görə, bu il neft tələbi gündəlik 2 milyon barel artacaq. Eyni zamanda, ekspertlər bu il üçün "Brent" markalı neftin bir barelinin qiymətini 85 dollar səviyyəsində proqnozlaşdırırlar.