"Fitch Ratings" beynəlxalq reytinq agentliyi gələn il üçün qlobal iqtisadi artım proqnozunu 1,7%-dən 1,4%-ə endirib.
"Margin.az" xəbər verir ki, bu barədə qurumun Qlobal İqtisadi Görünüş (GEO) hesabatında deyilir.
-
Qlobal iqtisadiyyatın üçdə biri tənəzzüllə üzləşəcək
-
Qlobal iqtisadiyyat liqasında sıralama dəyişəcək
"Mərkəzi bankların inflyasiya ilə bağlı mübarizələrini gücləndirməsi və Çinin əmlak bazarında vəziyyətin pisləşməsi 2023-cü il üçün qlobal iqtisadi artım proqnozunu endirib", - məlumatda deyilir.
Bundan başqa, "Fitch" ABŞ iqtisadiyyatının 2023-cü il üçün artım proqnozunu 0,5%-dən 0,2%-ə endirib. Buna səbəb ABŞ-da kredit-monetar siyasətin sərtləşdirilməsidir. Çinin 2023-cü il üçün ÜDM artımı proqnozu isə 4,5%-dən 4,1%-ə endirilib.