Fitch: “Qlobal iqtisadiyyat 6% böyüyəcək”

Reytinq agentliyi ABŞ-ın ÜDM-in bu il üçün artım proqnozunu 6,8%-dən 6,2%-ə qədər endirib.
Fitch: “Qlobal iqtisadiyyat 6% böyüyəcək”
17 Sentyabr-11:07

"Fitch" beynəlxalq reytinq agentliyi qlobal ÜDM-in artım proqnozunu 6,3%-dən 6%-ə endirib.

"Margin.az" xəbər verir ki, bu barədə agentliyin sentyabr ayı üçün Qlobal İqtisadi Görünüşü (GEO) hesabatında qeyd olunub.

Məlumata görə, agentlik iyun ayında qlobal iqtisadiyyatın bu il 6,3% böyüyəcəyini proqnozlaşdırıb. Proqnozun azalmasına səbəb ABŞ-da koronavirusun yayılma dinamikasının sürətlənməsi, vaksinasiyanın prosesinin zəifləməsi olub. Hesabatda qeyd olunub ki,  inflyasiya gələn il əhəmiyyətli dərəcədə azalacaq.

Reytinq agentliyi ABŞ-ın ÜDM-in bu il üçün artım proqnozunu 6,8%-dən 6,2%-ə qədər endirib. Çinin iqtisadi böyümə proqnozu 8.4%-dən 8.1%-ə endirilib.

Bundan əlavə, Avrozonanın ÜDM artım proqnozunu 5%-dən 5,2%-ə yüksəlib. Həmçinin, Polşa, Türkiyə, Meksika, Rusiya və Cənubi Afrika ilə bağlı proqnozlar yüksəldilib.