“Fitch Ratings” qlobal iqtisadi artımla bağlı proqnozunu endirib

“Fitch Ratings” qlobal iqtisadi artımla bağlı proqnozunu endirib
14 İyun-12:17

“Fitch Ratings” agentliyi qlobal iqtisadi artımla bağlı proqnozunu 0,6% bəndi azaldaraq 2,9%-ə endirib.

“Margin.az” xəbər verir ki, bu barədə qurumun “Global Economic Outlook” hesabatının iyun buraxılışında qeyd edilib.

Agentlik gələn il üzrə qlobal iqtisadi artımla bağlı proqnozunu 0,1% bəndi azaldaraq 2,7%-ə endirib. Məlumata görə, inflyasiyanın sürətlənməsi qlobal iqtisadi artıma mənfi təsir göstərir. Eyni zamanda, Rusiya-Ukrayna müharibəsi fonunda enerji və ərzaq təchizatındakı problemlər Avropada inflyasiyaya daha ciddi təsir edir.