"Fitch" Rusiyanın reytinqini açıqlayıb

10 İyul-13:23

"Fitch" beynəlxalq reytinq agentliyi Rusiyanın uzunmüddətli kredit reytinqini "BBB' səviyyəsində stabil saxlayıb.

"Margin.az" TASS-a istinadən xəbər verir ki, bu barədə agentliyin hesabatında qeyd olunub.

Məlumata görə, Rusiyanın uzunmüddətli xarici valyuta kredit reytinqi "BBB" sabit saxlanıb. Reytinqin sabit saxlanılmasına səbəb ölkənin möhkəm makroiqtisadi siyasəti və sabit xarici maliyyə tarazlığıdır. Ancaq buna baxmayaraq, "Fitch" sanksiyalar riskinin yüksək olaraq qaldığını açıqlayıb. Belə ki, ABŞ ilə münasibətlərdə qısamüddətli sabitlik olsa da zaman keçdikcə əlavə sanksiya riskinin olduğu vurğulanıb.