Fitch: "Rusiyaya sanksiyalar Azərbaycanın qeyri-neft sektoruna investisiyaları artıracaq"

Fitch:
12 Yanvar-18:06

"Fitch Solutions" beynəlxalq reytinq agentliyi Azərbaycana investisiyalarla bağlı proqnozunu yaxşılaşdırıb.

"Margin.az" bu barədə Agentliyə istinadən xəbər verir.

Agentlik Azərbaycana investisiyalar üzrə artım proqnozunu 2022-ci ildəki 0,9 faiz bənddən (2011-21-ci illərdə orta hesabla 0,8 bənd) 2023-cü ildə 1,3 faiz bəndinə kimi artırıb.

Agentliyin proqnozuna görə, Ukrayna müharibəsi ilə əlaqədar olaraq Avropa İttifaqının ağır sanksiyaları fonunda Rusiya ticarətini Avropadan Şərqə yönəldib və Azərbaycanın qeyri-neft və qaz sektoru bundan faydalanıb. Belə ki, Azərbaycan və Rusiya arasında ticarət 2022-ci ilin noyabrına 23% artıb. Başqa sözlə, Azərbaycanın ümumi xarici ticarətində Rusiyanın payı 2021-ci ildəki 8%-dən 2022-ci ildə 12%-ə yüksəlib.