"Şimal axını" boru kəməri ilə qaz nəqlinin tam dayandırılması Avrozonada tənəzzül ehtimalını daha da artırıb.
"Margin.az" xəbər verir ki, bu barədə beynəlxalq reytinqi agentliyi "Fitch Ratings" bəyan edib.
Məlumata görə, "Şimal axını" ilə qaz nəqlinin dayandırılması gələn il Avrozona iqtisadiyyatının gözləniləndən daha çox kiçilməsinə səbəb ola bilər.
Əlavə edək ki, iyun ayında "Fitch" Avrozona iqtisadiyyatının bu il 2,6%, 2023-cü ildə isə 2,1% böyüməsini proqnozlaşdırır.