"Fitch Solutions": Azərbaycan iqtisadiyyatının artım bu il 10 illik tarixi orta göstəricidən yüksək olacaq

12 Yanvar-16:00

2011-2021-ci illər arasında 1,3% səviyyəsində qeydə alınmış 10 illik tarixi orta göstəriciyə nisbətən Azərbaycan iqtisadiyyatının artım tempinin bu il daha yüksək olacağı proqnozlaşdırılır.

"Margin.az" xəbər verir ki, bu barədə "Fitch Solutions" reytinq agentliyinin hesabatında deyilir.

Qurum bu il Azərbaycanda iqtisadi artımın 3,7%-ə qədər yavaşlayacağını proqnozlaşdırıb. Eyni zamanda, agentlik ölkənin ötən il üçün isə artım tempini 5,1%-dən 4,5%-ə endirib.

Məlumata görə, bu il neft və qaz qiymətlərinin ucuzlaşması Azərbaycan iqtisadiyyatının 50%-dən çoxunu təşkil edən ölkənin enerji sektoruna təsir göstərəcək. Bununla belə, ümumi əsas kapitalın formalaşmasının Azərbaycanın enerji ixracatına Avropa tələbatı artdıqca və nəqletmə həcminin artırılması istiqamətində investisiyalar qoyulduqca, 2023-cü və növbəti illərdə artıma daha çox töhfə verəcək.