Fitch: "Türk şirkətləri üçün valyuta riskləri hələ də əsas amildir"

Fitch:
22 İyun-15:39

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Türk şirkətlərinin xarici valyuta borclarını azaltdıqlarını və xarici valyuta sahibliklərini artırdığını açıqlayıb.

"Margin.az" agentliyə istinadən xəbər verir ki, Türk şirkətlərinin xarici valyuta borclanmaları hələ də çoxdur və xarici valyuta qazanclarıyla tarazlaşmır.

"Fitch" valyuta risklərinin Türk şirkətləri üçün əsas amil olaraq qaldığını, lakin 2017-ci ilin sonundakı məlumatlarla mövcud məlumatlar müqayisə edildikdə şirkətlərin bu riskləri məhdudlaşdırmaq üçün müxtəlif tədbirlər gördüyü açıqlanıb. Türk şirkətlərinin xarici valyuta borcu 2017-ci ildə 71% olsa da hazırda 53%-ə düşüb.

İnkişaf etməkdə olan ölkələrdəki şirkətlərin dolların möhkəmlənməsi riski altında olduğunu ifadə edən "Fitch", Türk şirkətlərinin tarixən bu risklərə daha açıq olduqlarını vurğulayıb. Bildirilib ki, Türk şirkətləri üçün valyuta riskləri hələ də əsas amildir. "Fitch"in analizinə görə, türk şirkətlərinin xarici valyuta borclarının nisbəti 70%, xarici valyuta gəlirlərinin nisbəti isə 46%-dir. Məlumata görə Türk şirkətlərinin xarici valyutadan qaynaqlanan risklərə qarşı açıqlığı son illərdə Türk lirəsinin ucuzlaşması ilə ön plana çıxıb.

Agentlik ABŞ Federal Ehtiyat Sisteminin ilin sonuna doğru aktiv alımlarını azaltmağa başlayacağını gözləyir.