“Fitch”: Türkiyə Mərkəzi Bankının faiz azaltmasının iqtisadi canlanmaya zərər verə bilər

“Fitch”: Türkiyə Mərkəzi Bankının faiz azaltmasının iqtisadi canlanmaya zərər verə bilər
28 Sentyabr-09:39

“Fitch” beynəlxalq reytinq agentliyi Türkiyə Mərkəzi Bankının uçot dərəcəsinin azaltmasının xarici mülayim canlanmaya zərər verə biləcəyini açıqlayıb.

"Margin.az" "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Məlumata görə, bankın faiz endirimi qərarı beynəlxalq rezerv mövqelərində qismən yaxşılaşma üçün risk yaradır. "Fitch" bildirib ki, Türkiyə Mərkəzi Bankının (TCMB) faiz dərəcəsini 19%-dən 18%-ə endirməsi inflyasiyanı nəzarət altında saxlamağı çətinləşdirəcək. Agentlik bankın bu il faiz dərəcəsini 17,2%-ə endirəcəyini açıqlayıb.

Bankın faiz endirimi, həmçinin lirənin zəifləməsinə və inflyasiya gözləntilərinin artmasına səbəb ola bilər. Hesabatda ehtiyatlar və turizm sahəsindəki canlanma, cari kəsirin azalması və xarici maliyyəyə çıxış problemlərinin olmaması qısamüddətli maliyyə təzyiqlərini azaltdığı vurğulanıb.

Agentliyin açıqlamasına görə, Prezident Rəcəb Tayyib Ərdoğanın daha çox Rusiya hərbi texnikası alınabiləcəyini ifadə etməsi ABŞ ilə gərginliyi artıra bilər.

“Fitch” ötən ay Türkiyənin reytinqini "BB-" səviyyəsində sabit saxlayıb. Bu reytinq yüksək inflyasiyanı və zəif pul siyasətini əks etdirib.