“Fitch”: Türkiyə Mərkəzi Bankının qərarlarına müdaxilə etibarı azaldır

 “Fitch”: Türkiyə Mərkəzi Bankının qərarlarına müdaxilə etibarı azaldır
04 Dekabr-12:19

"Türkiyə Mərkəzi Bankının qərarlarına müdaxilə etibarı azaldır".

"Margin.az" "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə "Fitch Ratings"in baş direktoru Türkiyənin kredit reytinqinin proqnozunun "mənfi"yə endirilməsi ilə bağlı qiymətləndirmələr edib.

Onun sözlərinə görə, inflyasiyanın çox yüksək olduğu bir vaxtda Mərkəzi Bank pul siyasətini yumşaldıb: "Fitch Türkiyədə inflyasiyanın bu il 25%-ə çatacağını bildiirib. Makroiqtisadi qeyri-sabitliyin və etibarsızlığın azaldılması vacibdir. Mərkəzi Bankın qərarlarına müdaxilə etibarı azaldır. Güclərini zəiflədən Türkiyə üçün bəzi çətinliklər var"