Fitch: “Türkiyə son 10 ildə ən yüksək iqtisadi artımını yaşayacaq”

Bu il Türkiyədə illik inflyasiya 17,2%, gələn il 13,4%, 2023-cü ildə isə 10,5% təşkil edəcək.
Fitch: “Türkiyə son 10 ildə ən yüksək iqtisadi artımını yaşayacaq”
17 Sentyabr-12:20

"Fitch" beynəlxalq reytinq agentliyi Türkiyənin iqtisadi artım proqnozunu 7,9%-dən 9,2%-ə yüksəldib.

"Margin.az" xəbər verir ki, bu barədə agentliyin sentyabr ayı üçün Qlobal İqtisadi Görünüşü (GEO) hesabatında qeyd olunub.

Məlumata görə, bu il Türkiyə iqtisadiyyatı son 10 ilin ən yüksək artımını yaşayacaq. Agentlik ölkə iqtisadiyyatının gələn il 3,5%, 2023-cü ildə isə 4,5% böyüyəcəyini proqnozlaşdırır.

Bundan əlavə, bu il Türkiyədə illik inflyasiya 17,2%, gələn il 13,4%, 2023-cü ildə isə 10,5% təşkil edəcək.