Beynəlxalq kredit reytinqi agentliyi "Fitch" Türkiyənin kredit reytinqini "mənfi" proqnozla "B" olaraq təsdiqləyib.
"Margin.az" xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
- "Fitch Ratings" Türkiyənin iqtisadi artımı ilə bağlı proqnozunu yüksəldib
-
Türkiyə iqtisadiyyatı nə qədər böyüyəcək?
"Türkiyənin "B" reytinqi siyasi və geosiyasi riskləri, eləcə də zəif xarici maliyyələşdirmə səbəbilə artan iqtisadi pozulmaları əks etdirir", - məlumatda deyilir.
Qurum bu il ölkə iqtisadiyyatının 5,6%, 2023-2024-cü illərdə isə 2,9% böyüyəcəyini proqnoz edir. Agentlik eyni zamanda, Türkiyədə inflyasiyanın gələn il orta hesabla 59% olacağını proqnozlaşdırır.