“Fitch”: Türkiyədə prezident seçkiləri ərəfəsində faiz dərəcələrinin azaldılması daxili inamı azaldır

“Fitch”: Türkiyədə prezident seçkiləri ərəfəsində faiz dərəcələrinin azaldılması daxili inamı azaldır
03 Dekabr-09:48

"Fitch Ratings" beynəlxalq rentinq agentliyi Türkiyənin reytinq üzrə proqnozunu "mənfi"yə endirib.

"Margin.az" xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Məlumata görə, Mərkəzi Bankın erkən monetar yumşaltma dövrü və 2023-cü il prezident seçkiləri ərəfəsində faiz dərəcələrinin daha da azaldılması daxili inamı azaldır. Bu vəziyyət özünü lirədə kəskin eniş və inflyasiyanın artması kimi göstərir.

"Fitch" Türkiyənin kredit reytinqinin “BB-” olaraq təsdiqləyib. Bildirilib ki, lirənin zəifləməsi maliyyə təzyiqlərini artıra biləcək makroiqtisadi və maliyyə sabitliyi risklərini yaradıb.